Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Millət vəkili Məşhur Məmmədov: “Talış kəndində Novruz tonqalı ən gözəl bayram hədiyyəsi oldu”

Millət vəkili Məşhur Məmmədov: “Talış kəndində Novruz tonqalı ən gözəl bayram hədiyyəsi oldu”
21.03.2023
A+
A-

Millət vəkili Məşhur Məmmədov: “Talış kəndində Novruz tonqalı ən gözəl bayram hədiyyəsi oldu”

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, Artıq üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını doğma Qarabağda qeyd edir. Bu, hər birimizin qəlbini qürur hissi ilə doldurur, hər birimiz üçün böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini hər gün hörmətlə, ehtiramla yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. Onların qanı-canı bahasına alınan torpaqlarımızda tədricən həyat axarına dönür, şəhərlər, kəndlər, qəsəbələr salınır, yaşayış bərpa edilir. Bu bayram ərəfəsi daha bir işğaldan azad edilmiş kənd sakinlərini qarşıladı. Bu Novruzda daha bir qəhərmanlıqla azadlığına qovuşmuş kənddə cənab Prezident İlham Əliyev bayram tonqalını alovlandırdı, tonqal ətrafında xalqı təbrik etdi, Ermənistana növbəti xəbərdarlığını etdi.
Talış kəndi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 2020-ci il oktyabrın 3-də azad edildi. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz Talış kəndini və Suqovuşan qəsəbəsini azad etdik. Bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi. Talış kəndində əldə etdiyimiz qələbə ordumuzun növbəti zəfərləri üçün bir stimul oldu.

Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 90 nəfərdən ibarət 20 ailə qayıdıb və 180-ə yaxın ailə tezliklə qayıdacaq. Cənab Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
Talış kəndinə ilk 20 ailə köçərkən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri yolasalma mərasimində iştirak edib, Talış kənd sakinlərinə dövlət dəstəyini ifadə etdilər.

Sakinləri efirdən izləyəndə sevincləri, qürur hissləri aydın görünürdü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaradılıb. Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edirdilər. Talış kəndində hər cür infrastrukturla əhatə olunan sakinlər indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşamışdı. 30 ildən sonra doğma yurda qayıtmaq, onlar üçün ən gözəl bayram hədiyyəsi oldu.
Doğma yurda köçürülmə davam etdiriləcək. Biz zamanla işğaldan azad edilmiş bütün torpaqlarımızda yaşayışı bərpa edib, sakinlərin öz dədə-baba torpaqlarında yaşayışını təmin edəcəyik. Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması dövlətimiz üçün, ölkə başçısı üçün prioritetdir. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun dövlərinin arxasında yumruq kimi dayanan Azərbaycan xalqına!

Ülker Piriyeva – Azerbaycan

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.