Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Hamburqda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

Hamburqda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

 

 

Hamburqda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

, 2023

Hamburqda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

Almaniyanın Hamburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib.

Görüşdə Hamburq əyalət parlamentinin millət vəkilləri Əli Rza Şimşək və Güngör Yılmaz, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ülvi Nağıyev, media mənsubları, Azərbaycan, türk, Güney Azərbaycan və digər icmaların nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş olunub.

 

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dövlətimizin diaspor quruculuğunun təməlinin qoyulmasında, dünya azərbaycanlılarının mütəşəkkil qüvvə kimi bir araya gəlməsində Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən diaspor quruculuğu, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısı, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, xarici ölkələrdə 20 Azərbaycan Evinin, 15 Koordinasiya Şurasının fəaliyyət göstərdiyi, “Qarabağ”, “Nizami Gəncəvi” və sair adlar altında təşkil olunmuş Azərbaycan həftəsonu məktəbləri, “Heydər Əliyev İli” çərçivəsində bu il Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı məlumat verib. Diaspor quruculuğunda Vətənə bağlılığın, milli təəssübkeşliyin böyük əhəmiyyət kəsb etdiyinə, Azərbaycan, türk və dost icmaların birgə hərəkət etməsinin önəminə diqqəti cəlb edib və bu istiqamətdə tövsiyələrini səsləndirib.

Tədbirdə Alman-Azərbaycan Dostluq Körpüsünün sədri Xəlil Xəlilov, təşkilatın nəzarət-təftiş komissiyasının rəhbəri Rasim Tağıyev və başqaları çıxış ediblər. Onlar Hamburqdakı diasporumuzun mövcud vəziyyəti, indiyədək görülmüş işlər barədə məlumat veriblər. Hamburqun ən çox azərbaycanlılar yaşayan Almaniya şəhərlərindən biri olduğunu nəzərə alaraq icma üzvləri bu şəhərdə Azərbaycan Evinin açılması təşəbbüsü ilə çıxış ediblər və bu istiqamətdə müzakirələr aparılıb.

Görüş fikir mübadiləsinin aparılması, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:http://diaspor.gov.az/az/news-detail/hamburqda-heyder-eliyev-ili-cercivesinde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-2882

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.