Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Berlindəki icmamız Ermənistanın hərbi və ekoloji terroruna etiraz edib

Berlindəki icmamız Ermənistanın hərbi və ekoloji terroruna etiraz edib

 

 

 

Berlindəki icmamız Ermənistanın hərbi və ekoloji terroruna etiraz edib
23 avqust, 2023

 

 

 

Berlindəki icmamız Ermənistanın hərbi və ekoloji terroruna etiraz edib

 

 

 

 

Almaniyada fəaliyyət göstərən Azərbaycan icması fəallarının paytaxt Berlinin məşhur Paris meydanında (“Pariser Platz”) dinc aksiyası keçirilib.

 

 

 

 

“Almaniyada Azərbaycan Evi” İctimai Birliyinin təşkilatçılığı ilə Avropa Evinin önündə baş tutan aksiya ölkəmizə qarşı 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın dünya ictimaiyyətini yenidən siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək və Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətmək cəhdlərinə etiraz məqsədilə gerçəkləşdirilib.

 

 

 

 

Aksiya zamanı Azərbaycan bayrağı dalğalandırılıb, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

 

 

 

 

Aksiya iştirakçıları BMT-nin Təhlükəsizlik Şurasından və beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər.

 

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/berlindeki-icmamiz-ermenistanin-herbi-ve-ekoloji-terroruna-etiraz-edib-3399

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.