Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Berlində Azərbaycan dili məktəbinin açılışı olub
26.06.2024
A+
A-

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

2024

 

https://x.com/DiasporaAz/status/1805217990322926014

 

 

 

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

 

 

https://x.com/DiasporaAz/status/1805217990322926014

 

 

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin birgə təşkilati dəstəyi ilə “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin həftəsonu Azərbaycan dili məktəbinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Müdafiə Sənayesi Nazirliyinin Aparatının rəhbəri Samir Ağabalayev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov, Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Elmar Abasov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, eləcə də digər qurumların nümayəndələri, yerli və xarici qonaqlar iştirak ediblər.

 

 

https://x.com/DiasporaAz/status/1805217990322926014

 

 

Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Ana dili məktəbinin açılması münasibətilə müəllim və şagird heyətini təbrik edib, Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları haqqında ətraflı məlumat verib. O, bildirib ki, xaricdə yaşayan azyaşlı uşaqlar üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan dili məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, ana dilini öyrənməsində mühüm əhəmiyyət kəsb edir.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin məqsədinin Azərbaycan dili, tarixi, ədəbiyyatı, musiqi və digər mədəniyyət sahələri ilə bağlı təbliğat, təşviqat və təlim proqramları həyata keçirmək olduğunu söyləyib, Berlindəki Mədəniyyət Mərkəzində açılan Azərbaycan dili sinfinin buna töhfə verəcəyini bildirib və həftəsonu məktəbinin gələcək işinə uğurlar arzu edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Almaniyadakı Azərbaycan diasporunun xüsusi fəallığı ilə seçildiyini və mühüm işlər gördüyünü söyləyib. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsinin və gücləndirilməsinin zəruri olduğunu vurğulayan səfir Berlində Azərbaycan dili məktəbinin açılmasını təqdirəlayiq hal sayıb.

Tədbirdə çıxış edənlər Azərbaycan dili məktəbinin açılmasına görə təşkilatçılara, müəllimlərə, şagirdlərə, onların valideynlərinə ana dilimizə göstərdikləri marağa görə təşəkkürlərini bildirib, xaricdə ana dili məktəblərinin sayının ilbəil artmasının əhəmiyyətini vurğulayıblar.

Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimindən sonra rəsmi qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yeni təşkil olan nağara kurslarının da açılışında iştirak ediblər.

Sonda Ana dili məktəbinin şagirdlərinə Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi adından hədiyyələr təqdim edilib.

FOTO QALEREYA

 

 

 

https://x.com/DiasporaAz/status/1805217990322926014

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/berlinde-azerbaycan-dili-mektebinin-acilisi-olub-4882

 

 

 

https://x.com/DiasporaAz/status/1805217990322926014

REKLAM ALANI